Aparıcıdan Zeynəbə: “Yeyirsən, kökəlmirsən, bəxtəvərsən”
“Gecə saat 5-də plov yeyirəm, amma kökəlmirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni “Xəzər axşamı” verilişində deyib.
Sənətçi heç vaxt pəhriz saxlamadığını, istədiyini yediyini, lakin çəki almadığını bildirib:
“Hər gün xəngəl yeyirəm, çox sevirəm xəngəli, amma çəkimi artırmıram. Heç vaxt diyet də saxlamıram. Bir də görürsən, gecə saat 4-5-də acıram, durub plov yeyirəm. Səsim də genetikdir. Anamın gözəl səsi olub, amma icəzə verməyiblər oxumağa. Yəni bizdə hamısı genetikdir”.
Aparıcı Mətanət yeyib kökəlmədiyi üçün Zeynəbə həsədini gizlədə bilməyib:
“Yeyirsən, kökəlmirsən, bəxtəvərsən”.
Nehru












