Yol çəkənlər qəza etdi- Fotolar
Yol tikintisində işləyən maşınlar ağır qəza törədib.
Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yol tikinti işlərini həyata keçirən “Polad-AŞ” şirkətinə məxsus qaldırıcı kran və beton tökən “SHACMAN” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü Fizuli rayon sakini 1971-ci il təvəllüdlü Nazim Teymur oğlu Ocaqverdiyev və 1994-cü il təvəllüdlü Rüfət Yaqub oğlu Məmmədov ağır bədən xəsarətlərilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.