Yoxa çıxan təyyarə tapıldı-Video

media-hightechnic-468x90

kayip-ucaktan-6-ceset-bulundu-5140127İndoneziyanın Surabaya adasından Sinqapura uçan “Air Asia” təyyarəsinin qalıqları axtarış tədbirləri nəticəsində tapıldığı güman edilir.

Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, Java dənizində təyyarə qalıqlarına rast gəlinib. Hətta axtarış həyata keçirən bir pilotun suyun üzərində cəsəd görüdüyü də bildirilir.
İndoneziyanın Axtarış-Xilasetmə qüvvələrinin sözçüsü Yusif Lətif bildirib ki, konkret olaraq heç bir məlumata sahib deyillər. Yalnız dənizdə insan cəsədinin görünməsini təsdiq edib.

Qeyd edə ki, dənizin üzərində yaranan duman səbəbində axtarış heyətinin işi xeyli çətinləşib. Axtarış tədbirlərinə Malaziya, Sinqapur, Avstraliya da qoşulub və 30 gəmi, 15 təyyarə, 7 helikopter cəlb edilib. ABŞ xüsusi xilasedici qrupunu hadisə bölgəyə göndərib. O cümlədən Cənubi Koreya, Fransa, Çin, Tayland da bu məsələdə yardım edəcəklərini bildirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600