"YPG-ni tam məhv etməyəcəklər, çünki..." – Suriyadakı gizli planın PƏRDƏARXASI

media-hightechnic-468x90

“Hazırda Suriyada hərbi vəziyyət olduqca mürəkkəbdir. Hökumət qüvvələri ilə özünü “Suriya Demokratik Qüvvələri” adlandıran YPG terror qruplaşması arasında şiddətli toqquşmalar davam edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Pərviz Mirizadə bildirib.

media-whatsapp_image_2023-06-14_at_14-59-17

Ekspert Suriya ordusunun YPG-yə qarşı apardığı hərbi əməliyyatların pərdəarxası məqamlarına toxunub:

“YPG-nin nəzarətində olan bölgələrdə yaşayan aşirətlər də qruplaşmaya qarşı hərbi müqavimət göstərirlər. YPG-nin formalaşdırılma tarixinə və məqsədlərinə baxsaq, görərik ki, bu, məhz ABŞ, İsrail və bəzi Avropa dövlətlərinin kəşfiyyat orqanları tərəfindən yaradılmış bir strukturdur. Onlar Suriyanın neft və qaz yataqları ilə zəngin bölgələrində fəaliyyət göstərirlər. Bu qruplaşmanın hərbi mexanizmlərinin qurulmasında ABŞ və İsrailin hərbi mütəxəssisləri birbaşa iştirak edib”.

Politoloq vurğulayıb ki, Suriyanın yeni hökuməti terrorla mübarizədə Türkiyədən çox ciddi dəstək alır:

“Suriyada hakimiyyət dəyişikliyindən sonra yeni administrasiya ilə Qərb dövlətləri, xüsusilə ABŞ arasında müəyyən dialoqlar baş tutdu. Türkiyənin prosesə kəskin reaksiyası və terror dəhlizinin genişlənəcəyi təqdirdə hərbi əməliyyat keçirəcəyi ilə bağlı xəbərdarlığı vəziyyəti aydınlaşdıran əsas amil oldu. Hazırda qardaş ölkə Suriya ordusuna hərbi əməliyyatlar kontekstində texniki dəstək verir. Türkiyəyə məxsus hərbi vasitələrlə YPG-yə qarşı effektiv mübarizə aparılır”.

P. Mirizadənin fikrincə, bu proseslər fonunda qruplaşmanın “himayədarları” geri çəkilməyə başlayıb:

“ABŞ və İsrailin qruplaşmaya dəstəyinin müəyyən mənada azaldığının şahidi oluruq. Çox güman ki, qruplaşmanın fəaliyyət dairəsi müəyyən ərazilər çərçivəsində məhdudlaşdırılacaq. Onları tamamilə zərərsizləşdirməyəcəklər, lakin fəaliyyət imkanlarını maksimum dərəcədə zəiflədəcəklər. Hesab edirəm ki, bu prosesdə Türkiyənin dəstəklədiyi hökumət qüvvələri üstünlük qazanacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa