Yunanıstan Baş Qərargahına RUS ZƏRBƏSİ: 25-dən çox gizli hesab ələ keçirildi

media-hightechnic-468x90

Rusiyanın hərbi kəşfiyyatı ilə birbaşa əlaqəli olan məşhur “Fancy Bear” haker qrupu Yunanıstanın ən ali hərbi qurumu olan Baş Qərargahın (HNDGS) təhlükəsizlik sistemini yarıb. Hakerlər quruma aid 27 kritik elektron poçt hesabındakı məxfi məlumatları ələ keçiriblər.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu böyük casusluk əməliyyatı İngiltərə və ABŞ-ın kiber təhlükəsizlik mütəxəssislərindən ibarət “Ctrl-Alt-Intel” icması tərəfindən aşkar edilib.

Müasir casusluq tarixinin ən maraqlı hadisələrindən biri kimi qiymətləndirilən bu sızma rus hakerlərin texniki xətası ucbatından üzə çıxıb. Məlumata görə, hakerlər oğurlanmış məlumatları topladıqları serverin “ön qapısını” təsadüfən açıq qoyublar. Bu boşluqdan istifadə edən tədqiqatçılar Rusiyanın təkcə Yunanıstana deyil, həm də Rumıniya və Bolqarıstana qarşı genişmiqyaslı siber hücum zəncirini ifşa ediblər.

Sızdırılan sənədlər arasında Yunanıstan Baş Qərargahına aid 27 strateji e-poçt hesabı yer alır. Casusluq şəbəkəsinin təkcə Afina ilə məhdudlaşmadığı, Yunanıstanın Hindistan və Bosniya-Herseqovunadakı hərbi attaşeliklərinin də hədəf alındığı müəyyən edilib. “Reuters”in araşdırdığı sənədlərə görə, Afinanın Egey dənizindəki hərbi dislokasiyası və müdafiə strategiyaları Rusiyanın nəzarəti altındadır.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05