Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi – Fotolar

Nəsimi rayonunda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Tədbirdə Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Rey Kərimoğlu, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İB-nin İdarə heyətinin nümayəndələri, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, təşkilatın sədri Sultan Əzimzadə və sədr müavini, eləcə də istefada olan sərhədçi Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri iştirak edib.

Tədbirdə “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə həyata keçirilən layihə haqqında məlumat vermiş, daha sonra 44 saylı orta məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, ictimai birliyin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Rey Kərimoğlu çıxış edib. Tədbir boyu vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və 44 saylı orta məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı Şəmistan Əlizamanlı Milli Qəhrəman Yusif Mirzəyevlə bağlı xatirələrini danışıb, vətənpərvərlik mahnıları ifa etmişdir.