İcra hakimiyyətlərinin ləğvi GÜNDƏMDƏ: "Bələdiyyələrin fəaliyyəti daha da genişləndirilməlidir"

media-hightechnic-468x90

“İcra hakimiyyətləri ləğv ediləcəyi halda, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır”.

Bu fikirləri icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərin Prezidentin bölgə nümayəndəliklərinə veriləcəyi yönündə yayılmış xəbərlərə münasibət bildirən politoloq Zeynal Əmrəliyev Yenicag.az-a açıqlamasında bildirib.

media-zeynalemreliyev1

Analitik Azərbaycanın mövcud regional idarəetmə sisteminin müasir dövrün tələblərinə cavab vermədiyini vurğulayıb:

“Azərbaycanın mövcud idarəetmə sistemində dəyişikliyə gedilməsi labüddür. Buna mərkəzi icra hakimiyyəti də daxildir. Yerli icra hakimiyyəti də bu məsələlərdə nəzərə alınmalıdır. Yerli icra hakimiyyətində dəyişikliklər həyata keçirilməlidir. Bu bütün cəmiyyətin yekdil fikridir deyə düşünürəm. Çünki ən yüksək səviyyədə yerli idarəetmədə dəyişikliklərə gedilməsi ilə bağlı təkliflər səsləndirilir. Azərbaycanın mövcud regional idarəetməsi müasir dövrün tələblərinə cavab vermir. Buna görə də biz bunun ağrılarını regionlardakı sosial-iqtisadi vəziyyətlərdə müşahidə edirik. Bu işi həyata keçirəcək qurumlar var. Yeni çağırışlara uyğun olan qurumlar yaradılmalı olduğunu düşünürəm. Prezident nümayəndəliyi işğaldan azad olunan ərazilərdə sınaqdan keçirilir. Bu, ölkənin digər regionlarına da tətbiq edilə bilər. Ona görə ki bunun uğurlu olduğunun şahidi oluruq”.

Z. Əmrəliyev qeyd edib ki, icra strukturları ləğv ediləcəyi halda, bələdiyyələrin səlahiyyətləri artırılmalı, bu məsələdə Türkiyə nümunəsi həyata keçirilməlidir:

“Yalnız burada bir məsələ var. Prezident nümayəndəliyi heç bir halda indiki icra hakimiyyətlərini təkrarlamamalıdır. Yəni indiki icra hakimiyyətlərinin regionlarda səlahiyyətləri olduqca çoxdur. Faktiki olaraq bölgələrdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti minimum səviyyədədir. Qısacası, bələdiyyələrin fəaliyyəti genişləndirilməlidir. Türkiyədəki bələdiyyə sistemi nümunəsini Azərbaycanda qura bilərik. Digər sahələrdə də artıq Türkiyə nümunələrinə keçməklə bağlı uğurlu işlər həyata keçirilir. Düşünürəm ki, regional idarəetmə siyasətində də bu nümunə həyata keçirilə bilər. Sosial-iqtisadi məsələlərin bələdiyyələrə verilməsi bələdiyyələrin birləşdirilməsi, kənd bələdiyyələrinin ləğv edilərək əvəzində şəhər və qəsəbə bələdiyyələrinin fəaliyyətinin daha da genişləndirilməsi və onlara sosial-iqtisadi məsələlərlə bağlı səlahiyyətlərin verilməsi, digər məsələlərlə bağlı səlahiyyətlərin isə prezident nümayəndəliklərinə verilməsi tamamilə məqsədəuyğundur”.

Sonda müsahibimiz təklif edib ki, indiki rayon və qəsəbələrin bələdiyyəsi müstəqil şəkildə fəaliyyət göstərsin, nəzarət mexanizmini isə Prezident administrasiyasının regional bölməsi olan nümayəndəliyi həyata keçirsin:

“Türkiyədə belədir. “Vali”, ” Kaymakamlıq” sistemi var, amma bələdiyyələr müstəqil şəkildə öz sosial-iqtisadi məqsədlərini həyata keçirirlər. Düşünürəm ki, bu nümunə Azərbaycanda da tətbiq olunsa, çox uğurlu olar. İcra hakimiyyətləri ləğv olunaraq əvəzində Prezident nümayəndəlikləri yaradılacaqsa, bələdiyyələrin səlahiyyətləri artırılmadan saxlanılacaqsa, bu dəyişikliyin effektiv olacağını düşünmürəm. Bu sadəcə ad dəyişmə olacaq. Bunun heç bir müsbət tərəfinin şahidi olmayacağıq”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa