Zakir Həsənov əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

media-hightechnic-468x90

1412102736_general-zakir-hesenov“Bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirmək əmr edilib”.

media-banner_tkm

Yenicag.az atv.az-a istinadən xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05