!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada reyd keçirildi: Cərimələnənlər var

!Reklam – Yazi

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb.

Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib.

Həmçinin keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv