Zəfər Günü ilə bağlı əfv sərəncamı olacaqmı? - Komissiya üzvündən AÇIQLAMA

media-hightechnic-468x90

“Məhbusların əfv olunması üçün komissiyaya ərizələr daimi şəkildə daxil olur. Əfv Komissiyasının katibliyi bu müraciət və məktubları emal edir, müvafiq arayışlar hazırlayır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O, “İlin sonuna qədər Əfv Sərəncamı imzalana bilərmi?” sualını cavablandırarkən qeyd edib ki, hər zaman komissiyaya məhkumların azadlığa buraxılması ilə bağlı onların nümayəndələri, millət vəkilləri və ombudsman tərəfindən məktublar daxil olur və vəsatətlər qaldırılır:

“Bu, daimi prosesdir. Əfvin həyata keçirilməsi isə birbaşa Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir və vaxtı da məhz o müəyyən edir. Qeyd etməliyəm ki, hazırda bu məsələlərlə bağlı iclaslarımız keçirilmir və yaxın vaxtlarda olacağına dair məlumatım da yoxdur. Dediyim kimi, Komissiyamız Prezidentin əfv hüququnun həyata keçirilməsinə təşkilati və texniki dəstək göstərən təsisatdır. Son sərəncam may ayında verilib. Normal haldır ki, mühüm günlər (8 noyabr – Zəfər Günü, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.) ərəfəsində bu məsələ aktuallaşır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa