Zelenski Baxmutun işğalını təsdiqlədi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, – o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.

Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi “Vaqner” özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa