!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski yeni qanun imzaladı - Onlar da döyüşə cəlb olunur

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin ərazi müdafiə bölmələrinin döyüş əməliyyatlarına cəlb edilməsinə icazə verən qanunu imzalayıb.

Yenicag.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra müdafiə bölmələri bütün ölkə ərazisində, o cümlədən döyüş bölgələrində tapşırıqları yerinə yetirə biləcək.

Belə tapşırıqların yerinə yetirilməsi ilə bağlı qərarı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı verir. Qeyd edək ki, müdafiə bölmələri döyüşçüləri, adətən müvafiq ərazi icmasının ərazisində tapşırıqları yerinə yetirirlər.

Zelenski sözügedən qanunu iyunun 10-da imzalayıb. Qanun 2022-ci il mayın 3-də Ali Radada səsə qoyulub.

May ayına olan məlumata görə, Ukraynada 110 minə yaxın ərazi müdafiəsi döyüşçüsü var.

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv