Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zəngəzur dəhlizi bizim tarixi nailiyyətimizdir”

Sentyabrın 27-də ölkəmizə qarşı təxribatlara başlayan işğalçı Ermənistanın bu dəfəki arzu və istəkləri ürəklərində qaldı.

Baş nazir Nikol Paşinyan Azərbaycanın digər ərazilərini də işğal edib dırnaqarası böyük ermənistan dövləti yaratmaq iddiasını reallaşdırmaqla adını ölkəsinin tarixinə yazdırmaq istəyirdi. Ancaq onun bu xəbis niyyətini müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ürəyində qoydu. Azərbaycan Ordusu qarşısında cəmi 44 gün davam gətirən təcavüzkar Ermənistan diz çökdü və rəsmən təslim oldu. Silahlı Qüvvələrimiz düşmənlərimizə və dünya birliyinə bir daha sübut etdi ki, işğal altında olan ərazilərimizi öz gücü ilə azad etməyə qadirdir.

Və bununla da Dövlətimiz yeni addımlara, yeni həyata, yeni uğura imza atdı.Ona görə də biz torpaqlarımızı əldə saxlamaq, bayrağımızı daima zirvələrdə dalğalandırmaq üçün mühüm addımlar atmalıyıq. Biz elə etməliyik ki, bundan sonra da nəinki, erməni təcavüzkarları, o cümlədən onlar kimi digər ölkələrdə növbəti yüzilliklərdə torpaq iddiasına düşməsinlər. Çünki beynəlxalq hüquq bu mövzularda özünü kənara çəkdiyinə görə bunu ancaq öz gücünün müqabilində əldə edə bilər. Bu gün Qarabağı əvvəlki vəziyyətə gətirmək üçün müəyyən zaman içində kökdən bərpa işləri görülməlidir. Ölkəmizin gələcəyini elə qurmalıyıq ki, müstəqilliyimiz daimi olsun , beynəlxalq müstəvidə nüfuzumuz qorunsun və xalqımız daha güvənli şəkildə öz yurdunda rahatcasına firavan həyat sürsün.

Bunun üçün bütün sahələrdə olduğu kimi siyasi islahatlar sahəsi də ən modern şəkildə formalaşdırılır. Ölkə başçısı cənab İlham Əliyev həmişə öz nitqində bildirir ki, həm sosial-iqtisadi sahədə, eyni zamanda, siyasi sahədə islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcəkdir. Bunların hamısına nail olmaq üçün Yeni Azərbaycan Partiyası öz liderlik xüsusiyyətlərini qoruyub saxlamaqla yeni proqram çərçivəsində müasir dövrlə bağlı bütün məsələlərin həllini qarşısına məqsəd qoymuşdur. Partiyamızın rəhbəri cənab İlham Əliyevin tələblərindən biri də gənc nəslin düzgün tərbiyəsi, ölkəmizdə tolerantlıq mühitini qoruyub saxlamaq, milli-mənəvi dəyərlər sisteminin daha da möhkəmləndirməkdir.

Cənab Prezidentimiz İlham Əliyevin təbirincə desək: “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və sonra da bir ailə kimi yaşayacaqlar”. Azərbaycan bu gün sübut edir ki, tam şəkildə azaddır, heç kəsdən asılı deyil, müstəqil siyasət yürüdür və daxili və xarici siyasətini özü özbaşına həll etməyə qadirdir. Bu gün bildiyimiz kimi Zəngəzur dəhlizi bizim tarixi nailiyyətimiz sayılır. Hazırda o dəhlizin fəaliyyət göstərməsi üçün çoxlu işlər görülür. Amma buna baxmayaraq Zəngəzur dəhlizinin icrasına maneçilik etmək istəyən qüvvələr də mövcuddur. Ancaq hesab edirəm ki, bütün milli məsələlərdə əlbir, həmrəy olaraq bütün islahatları reallaşdırsaq, torpaqlarımıza qovuşduğumuz kimi bütün məqsədlərimizə tezliklə nail olacağıq!

Tağıyev Mübariz

Neftçala rayon sakini, müəllim

Loading...

www.yenicag.az

155
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100