!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizində Qərb və Rusiya qarşıdurması: "Ermənistan tərəfinin maliyyə qaynaqları tapması..." - ŞƏRH

!Reklam – Yazi

“Avropa İttifaqının müşahidəçilərinin bölgəyə gəlməsi ciddi sərhəd münaqişəsinin olmasını heçə endirir”.

Bunu erməni tərəfinin müharibə ritorikası ilə danışması, buna səbəb olan amilləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan ordusu erməni ordusuna külli miqdarda zərər vurub, ancaq onlar hardansa maliyyə qaynağı taparaq yenidən silah almağa başlayıblar, bunu araşdırmaq lazımdır:

“2 il əvvəlki savaşdan erməni tərəfi məğlub çıxmışdı və üç tərəfli bəyanat imzalanmışdı. Rusiyanın təsiri ilə bəyanatdan irəli gələn bəzi məsələləri yerinə yetirməyə başlamışdılar. Son vaxtlar Ermənistan öz daxilində islahatlar apardı, revanşit qüvvələri kənarlaşdırdı və Qərbə açıq meyil etdi. Onlar Qərbdən maliyyə yardımları almağa başladılar. Bundan əlavə, iqtisadiyyatdakı liberallaşma nəticəsində də büdcələrinə daha çox vəsait yığmağa başlayıblar. Məxsusi olaraq, növbəti il üçün 1 milyard dollar hərbi xərclərə vəsait ayrılıb.

Rusiyanın Ermənistana verdiyi silah-sursatı hesablayanda da bunun çox olduğunu görürdük. İndiki məqamda Rusiyanın özünün də vəziyyəti ağırdır, Ermənistana havayı silah vermir. Həm də Rusiyanın özünün Ermənistana münasibəti dəyişib. Ona görə də, silah verməkdən imtina ediblər. Ermənistan tərəfinin maliyyə qaynaqları tapması, hətta Rusiyadan kənar dövlətlərlə silah anlaşması etməsi bunu göstərir ki, rəsmi İrəvan sakit dayanmaq niyyətində deyil. Bu təkcə öz iqtisadiyyatları hesabına ola bilməz, yəqin ki, xaricdən də çox ciddi maliyyə alırlar.

Fransanın oynadığı rol da açıq şəkildə görünür. Ermənistanın Rusiyadan daha çox asılı vəziyyətdə olmasına baxmayaraq, həm ABŞ, həm də Fransa ilə yaxınlıq edir. Onlara da bildirir ki, ordusunu daha çox silahlandırmalıdır. 2 il öncə müharibədə ən azı 3 milyard həcmində Ermənistan ordusunun texnikaları məhv edilib. Bütün bunların yerinin doldurulması çətin məsələdir. Qərbdən əlavə İran da açıq şəkildə Ermənistana dəstək olur. Maraqlıdır ki, ABŞ və Avropa İrana qarşı olduqları halda Ermənistan üzərində onların mövqeləri kəsişir. Bütün bunlar Ermənistanı cəsarətli bəyanatlar verməyə sövq edir, ancaq düşünmürəm ki, bunun perspektivi olsun. Rusiyanın bölgədə ciddi maraqları var. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. İrandan başqa demək olar ki, hər kəs o dəhlizi istəyir. Dəhlizin olmasının, ümumiyyətlə, bölgədə sülhün qarantı kimi Rusiyanın olması Qərbin xoşuna gəlmir. Məhz bu səbəbdən də Qərb istəyir ki, Rusiyanın əli ilə dəhliz açılmasın, sülh baş tutmasın. Rusiya da öz nəzarəti altında olan bölgəni asan təhvil verməyəcək”.

Səxavət Məmməd

www.yenicag.az

518
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv