!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti Qərb, Rusiya və Çin tərəfindən etiraf edilir” – Millət vəkili

!Reklam – Yazi

“Ermənistan sülh sazişini tezliklə imzalamasa, bunun ziyanını ən ağır formada görəcək”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə növbəti açıqlamasını şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Vaşinqton, Brüssel və Moskvada təşkil olunan görüşlərdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoyub:

“Paşinyanın bu fikirlərinə baxmayaraq, Ermənistanın siyasi elitasından olsa, onlar prosesin daha çox uzanmasına çalışacaqlar. Eyni zamanda, bilirsiniz ki, Ermənistanın daxilində siyasi gərginlik hökm sürür və Paşinyanın oğlunun qaçırılma cəhdi bu gərginliyi daha da artırıb. Ona görə də Paşinyan vəziyyəti az da olsa, öz xeyrinə dəyişdirmək üçün Azərbaycan əleyhinə müəyyən fikirlər səsləndirməlidir.

Ancaq onun nə deməyindən asılı olmayaraq, Azərbaycanın mövqeyi bəllidir. Vaşinqton, Brüssel və Moskvada təşkil olunan görüşlərdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoyub. Hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi var.

Qarşı tərəfə siyasi-diplomatik kanallarla dəfələrlə izah olunub ki, sülh müqaviləsinin tezliklə imzalanması həm siyasi, həm də iqtisadi baxımdan ilk növbədə Ermənistan üçün faydalıdır. Yəni sülh müqaviləsinin imzalanması Ermənistan üçün çıxış yoludur. Əks halda, bunun ziyanını ən ağır formada görəcək.

Digər tərəfdən, iqtisadi faydalılıq baxımından Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti, Qərb, Rusiya və Çin tərəfindən etiraf edilir. Ona görə də hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması dünya iqtisadiyyatına yeni baxış gətirib. Bu səbəbdən, Ermənistanın sülh sazişini imzalamaqdan başqa yolu yoxdur”.

A.Zeynalov

COP29

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv