Tramp ABŞ-nin Ukraynaya silah satmadığını bildirdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Vaşinqtonun silahları birbaşa Ukraynaya deyil, NATO üzrə müttəfiqlərinə satdığını başa düşdüyünü bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Putin başa düşür ki, mən silahları Ukraynaya yox, NATO ölkələrinə satıram. Onlar tam qiymət ödəyirlər, bu silahların necə paylandığı barədə isə mənim heç bir təsəvvürüm yoxdur”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın ABŞ-nin Ukraynanı silahlandırmaqda davam etdiyini nəzərə aldığını bildirib. Onun sözlərinə görə, Tramp administrasiyasının mövqeyində ikili yanaşma müşahidə olunur və Rusiya bundan öz maraqları naminə istifadə etməyə çalışacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05