“Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər dəmiryolu xətlərinin bir hissəsini satıblar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurublar. Biz yenidən dəmiryolunu çəkəcəyik”.
Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.
“Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşıını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.
Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Və avtomobil yolu həmçinin salınmalıdır”, deyə dövlət başçısı bildirib.