Türkiyədən Azərbaycana pul köçürmələri artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 11,5% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Türkiyənin payı 28,9% təşkil edib. Bununla da Türkiyə Azərbayandan ən çox pul köçürülən ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Həmçinin cari ilin ilk 9 ayında Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 7,6% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 118,090 milyon ABŞ dolları, əks istiqamətdə isə 130,332 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa