Zərdabda qanunsuz ağac kəsən şəxs saxlanıldı
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac kəsən S.Əzizov saxlanılıb.
Yenicag.az xəbər verir ki, araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində sağlam söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən edilib.
S.Əzizov barəsində qanunvericilə uyğun olaraq tədbir görülün və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.












