Ziyalılardan Niyaz Niftiyevlə bağlı Prezidentə MÜRACİƏT

Həbsdə olan tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə müraciət olunub.

Yenicag.az xəbər verir ki, millət vəkillərinin, media rəhbərlərinin ünvanlandığı müraciətdə N.Niftiyevin indiyədək xidmətlərinin nəzərə alınması və azadlığa buraxılması xahiş olunur.

Müraciəti Sabir Rüstəmxanlı, Etibar Əliyev, Əflatun Amaşov, Rəşad Məcid, Qulu Məhərrəmli, Rauf Arifoğlu, Elçin Şıxlı və başqa 30-a yaxın tanınmış jurnalist imzalayıb.