!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli professor: “Türkiyə Suriyanın gələcəyinə qərar verən bir ölkədir”

!Reklam – Yazi

suriyeSuriyada cərəyan edən son proseslərin gedişində intensivləşən Türkiyə-Rusiya münasibətləri fonunda Ankaranın bölgədəki maraqlarından tədricən geri çəkildiyinə dair iddialar irəli sürülməkdədir.

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin özündə və ondan kənarda bu fikri dəstəkləyənlər hesab edirlər ki, Türkiyənin Qərblə münasibətlərinin korlanması səbəbindən Rusiya ilə yaxınlaşması nəticəsində Moskva Ankaradan daha çox güzəşt əldə etməyə nail olur. Onların fikrincə, bu tendensiya Suriya böhranının həlli prosesində özünü daha açıq göstərir.

15730815_1315060971907975_95596808_n

Ancaq bu iddiaları Yeniçağ.Az-a şərh edən Ankara “Yıldırım Beyazıt” Universitetinin professoru Salih Yılmaz qeyd olunan yanaşmanın əsaslı olmadığını deyir. S.Yılmaz bu qənaətdədir ki, Türkiyə Suriyadakı hədəflərindən nəinki geri çəkilməyib, hətta artıq masada yer alaraq, qərar verən bir ölkə halına gəlib:

“Türkiyənin Suriyadakı hədəflərindən geri çəkilməsi haqda iddiaların əsası yoxdur. Hətta əksinə, Türkiyə bu istiqamətdə gedən danışıqlarda öz mövqeyini tam olaraq, qəbul etdirib. Bildiyiniz kimi, Türkiyə ABŞ-la uzun müddət Suriyada təhlükəsiz zona yaradılması məsələsini müzakirə etsə də, qarşı tərəfi buna razı sala bilməmişdi. Ancaq 15 iyuldan sonra Türkiyə Rusiyanın da razılığı ilə Suriyada “Fərat qalxanı” əməliyyatına başladı. Moskvda əldə olunmuş anlaşmaya əsasən, Suriyanın ərazi bütövlüyünün qorunması, orada döyüşən əcnəbi döyüşçülərin ölkəni tərk etməsi, Suriya Ərəb Respublikası adı ilə dünyəvi dövlətin bərqərar edilməsi həm də Türkiyənin tezisləridir.

Əcnəbi döyüşçülər deyəndə, burada “Hizbullah” və İran üçün döyüşən könüllülər nəzərdə tutulur. Eyni zamanda, Suriya Ərəb Respublikası dedikdə, Bəşər Əsəddən deyil, yenidən formalaşdırılacaq dövlətdən söhbət gedir. Bu yanaşma ilə PKK-nın Suriya qolları PYD/YPG-nin də məqsədləri puç olub. Digər tərəfdən, artıq Suriyada bütün tərəflərin danışıqlar masasına əyləşməsi ilə sülh və sabitliyə yönələn ümidlər də artıb. Yəni Türkiyədən əvvəllər bu məsələlərlə bağlı sadəcə, fikir soruşurdularsa, indi artıq o, masada yer alaraq, qərar verən bir ölkə vəziyyətinə gəlib.”

Araz Zeynalov
Yeniçağ.Az

COP29

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv