ABL: “Neftçi” seriyanı bərabərləşdirdi
Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, “Neftçi” və “Sabah” komandaları dördüncü matçda üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma “ağ-qaralar”ın 84:66 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda seriyada bərabərlik var – 2:2
Beşinci görüş mayın 11-nə təşkil olunacaq.
Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.