İsrail BƏƏ-də “Dəmir qübbə” yerləşdirdiyini təsdiqlədi

media-hightechnic-468x90

İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Dəmir qübbə” hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev “Qaley SAXAL” hərbi radiosuna müsahibəsində təsdiqləyib.

“BƏƏ anladı ki, ballistik raketlər ən böyük problemlərdən biridir və onlar bizim dəstəyimizdən yararlandılar” , – deyə Reqev bildirib.

“Maariv” qəzeti qeyd edir ki, Miri Reqevin bu bəyanatı İsrail tərəfindən BƏƏ-yə “Dəmir qübbə” batareyalarının verilməsi faktının nazir səviyyəsində ilk rəsmi etirafıdır. Buna qədər İsrail rəsmiləri mövzu ilə bağlı rəsmi şərh verməkdən yayınırdılar.

May ayının ortalarında ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bəyan etmişdi ki, İsrail İranla silahlı münaqişə fonunda BƏƏ-yə “Dəmir qübbə” HHM batareyaları ötürüb və onların istismarına kömək etmək üçün şəxsi heyət göndərib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05