!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 ayda xalqı iki dəfə aldadan Elman Rüstəmov qandallanmalıdırmı?

!Reklam – Yazi
elman_Rustamov_elmanf629Mərkəzi Bank rəhbərliyi fevral ayındakı devalivasiya öncəsi olduğu kimi, bu dəfə də xalqın başının altına “yastıq” qoyaraq öz işini gördü. 
Amerika Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini qaldırmasından sonra diqqətlər Mərkəzi Bankın  manatın məzənnəsi ilə bağlı hansı qərarı açıqlayacağına yönəlmişdi.  17 dekabrda APA–ya bankın adının çəkilməsini istəməyən rəsmisi bildirdi ki, FES-in qərarı manata təsirsiz ötüşməyəcək.
Ancaq bunun ardınca Mərkəzi Bank təkzib yayaraq bildirdi:
“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qərarının manatın ABŞ dollarına qarşı məzənnəsinə təsirinə dair Mərkəzi Bank hər hansı rəsmi açıqlama verməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.
Xatırladaq ki, fevral ayında manatın 34 faizlik kəskin devalivasiyasından bir neçə gün öncə də Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamasında bildirmişdi ki, manat kəskin ucuzlaşmayacaq.
Elman Rüstəmovun çıxışından cəmi bir neçə gün sonra, fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat 34 faizə yaxın ucuzlaşdı. Həmin dövrdə 1 dollar 0.78 manatdan 1.05 manata çatdı. Bu gün isə 21 dekabrdır. Fevral ayındakı kəskin devalivasiyanın  10-cu ayında 1 dollar 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
 Belə olan təqdirdə xalqı iki dəfə aldadan Elman Rüstəmov qandallanmalıdırmı?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Elman Rüstəmov belə olan təqdirdə ilk olaraq istefa verməlidir:
“Elman Rüstəmov faktiki olaraq insanlara yalan danışıb. Bunun  məcburiyyətdənmi doğub, yoxsa insanları aldatmaq istəyib söyləmək çətindir. Ancaq ən azından dediyi  sözlərin həyata keçirilməsində problemlər olduğu ortadadır. Onun açıqlamasının tam əksi baş verib. Bu mənəvi məsuliyyət yaratmalıdır. Mərkəzi  Bankın rəhbərliyi ən azı  mənəvi məsuliyyətə görə, istefaya getməlidir. Eyni zamanda bir şeyi də nəzərə almaq lazımdır ki, Elman Rüstəmov rəsmi bir şəxs olduğu üçün onun sözlərinə inanıb, hərəkət edən on minlərlə insan ola bilər. Həmin şəxslərə də maddi ziyanlar dəyib. Artıq mənəvi yox, maddi ziyandan söhbət gedir.  Belə olduğu təqdirdə insanlara dəyən maddi zərər üçün də Elman Rüstəmov məsuliyyət daşıyır. Ona görə də qeyd etdiyim kimi birinci addım olaraq istefaya getməlidir. Təkcə Elman Rüstəmov yox, bu kimi açıqlamalar verən digər məmurlar da istefa verib, hökumətdən getməlidirlər. Bu addımı gözləməyə Azərbaycan vətəndaşının haqqı var”.
Hüquqşünas Müzəffər Baxışın fikrincə, proses ümumən araşdırıldıqdan sonra konkret hüquqi addım atmaq olar:
“Elman Rüstəmov Mərkəzi Bankın sədridir və onun işi budur ki, ajiotajın qarşısını alsın. Baxmaq olar ki, əgər o, Mərkəzi Bankın sədri kimi vəzifədən sui-istifadə edibsə, şəxsi və digər maraqları nəticəsində cinayət əməllərinə yol veribsə o zaman məsələyə hüquqi baxımdan yanaşmaq olar. Misal üçün, onun fəaliyyəti yoxlansa, Mərkəzi Bankdan  dövlət əmlakının mənimsəməsi faktı ortaya çıxarsa onu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi  ilə cinayət məsuliyyətinə cəlb etmək olar. Konkret olaraq, bu adamın fəaliyyəti araşdırlıb və ona hüquqi qiymət verilməlidir. Ancaq bəhs etdiyimiz çıxışı ilə  bağlı onu məsuliyyətə cəlb etmək qeyri-mümkündür”.
Əli Rais, musavat.com

www.yenicag.az

1321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv