!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“10 il Gülənə xidmət etdim” – GENERALDAN ETİRAF

!Reklam – Yazi

general_47465t6Türkiyənin Sivas şəhərindəki 5-ci Piyada Təlim Mərkəzi Batalyonunun komandanı, general-mayor Fatih Celaleddin Sağır prokurorluqda ifadə verib. O, Türkiyədə terrorçuluqda suçlanan Fətullah Gülənə xidmət etdiyini boynuna alıb.

Milli.Az DHA-ya istinadən bildirir ki, o, ifadəsində deyib: “1988-2002-ci illərdə Fətullah Gülən camaatına çox böyük marağım vardı. Evlərə və yataqxanalara gedirdim, toplantılara qatılırdım. Beləcə, on il Gülənə xidmət etdim. Gülənlə də əlaqələrim vardı. Amma 2007-ci ildən sonra, xüsusilə də “Balyoz” və “Ergenekon” əməliyyatlarından sonra Gülənin təşkilatından yavaş-yavaş uzaqlaşmağa başladım. Hərbi çevrilişə cəhd zamanı aldığım əmri də axmaqlıq saydığım üçün ona əməl etmədim”.

Hərbi çevriliş cəhdi zamanı Fatih Celaleddin Sağır bir dəstə hərbçi ilə Sivas valiliyinə gəlmiş, vali Davut Gülü otağında dustaq etmişdi. Çevriliş baş tutsaydı, Sağıra Sivasda fövqəladə vəziyyət komandanı təyin ediləcəyi vəd olunmuşdu.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv