10 min fələstinli uşağa həbs qərarı

media-hightechnic-468x90

28215İsrail əsgərlərinin 2000-ci ildən bu yana Qərbi İordan və Qüdsdə 18 yaşa qədər 10 min fələstinli uşağı həbs etdiyi məlum olub.

Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri qurumun sədri İsa Karaki, Uşaq Haqları Konvensiyasının, BMT tərəfindən qəbul olunmasının ildönümündə etdiyi yazılı açıqlamada, İsrailin uşaq yaşlarındakı fələstinliləri də nəzarətə aldığını, nifrət və işgəncə kimi tətbiqlərlə sözügedən müqaviləni pozulduğunu və düzgün mühakimələr keçirilmədiyini bildirib.

İyun ayından bu yana təxminən 3 min Fələstinlinin nəzarətə alındığını ifadə edən Karaki, nəzarətindəki uşaqların yüzdə 95-nin sorğu və həbs dövrlərində işgəncəyə məruz qaldığını, hazırda 300 uşağın həbsdə olduğunu qeyd edib.

İsrail tərəfindən məsələ ilə bağlı hər hansı bir açıqlama edilməyib. Fələstin Əsirlər Cəmiyyəti, İsrail həbsxanalarında təxminən 7 mindən artıq fələstinli məhbusun olduğunu açıqlamışdı.

(avropa.info)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600