Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırdı

media-hightechnic-468x90

Braziliyanın Xarici İşlər Nazirliyi (XİN) Argentina Prezidenti Xavyer Mileyin braziliyalı həmkarı Lula da Silvanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrdən sonra Argentinadakı səfiri Juliu Bitellini məsləhətləşmələr üçün geri çağırıb.

media-banner_tkm

Yenicag.az “CNN Brasil”ə istinadən xəbər verir ki, diplomat yaxın vaxtlarda Braziliyanın paytaxtına gələcək və orada XİN rəhbəri Mauro Viyeyra ilə görüşəcək.

Bitellinin Buenos-Ayresə mümkün qayıdış müddəti dəqiqləşdirilmir.

Miley iyulun 25-də senator Flaviu Bolsonarunu oktyabr seçkilərində rəsmi olaraq Braziliya prezidentliyinə namizəd irəli sürən Liberal Partiyanın San-Pauluda keçirilən qurultayında çıxışı zamanı Lula da Silvanı və Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraysi təhqir edib.

Telekanalın məlumatına görə, kəskin ritorikanın səbəbi məhkəmənin Mileyə siyasi müttəfiqi olan və ev dustaqlığında saxlanılan Braziliyanın sabiq prezidenti Jair Bolsonarunu ziyarət etməsinə icazə verməkdən imtina etməsi ola bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05