İnsan düşüncəsini üstələyəcək süni intellekt: "DeepSeek" Çində ilk oldu

media-hightechnic-468x90

İnvestorlar Çin şirkəti “DeepSeek”i ilk maliyyələşdirmə raundunda 50 milyard dollardan çox dəyərləndiriblər ki, bu da onu ölkənin ən bahalı süni intellekt startapına çevirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

WSJ-nin məlumatına görə, “DeepSeek” ilk investisiya raundunda 7,4 milyard dollardan çox vəsait cəlb edib. Onun təxminən 3 milyardını şirkətin təsisçisi Lian Venfen yatırıb. Digər investorlar arasında Çin texnologiya nəhəngi “Tencent” (təxminən 1,5 milyard dollar), Süni İntellekt üzrə Milli İnvestisiya Fondu (150 milyon dollar), akkumulyator istehsalçısı “Contemporary Amperex Technology” (CATL) (740 milyon dollar) yer alıb. Bundan başqa, maliyyələşdirməyə “JD.com” e-ticarət platforması, “NetEase” oyun şirkəti, “IDG Capital” və “Monolith Management” kimi investisiya firmaları da qatılıb.

Milli İnvestisiya Fondu istisna olmaqla, bütün investorlar vəsaitlərini birbaşa “DeepSeek”ə deyil, Lian Venfenin rəhbərlik etdiyi kommersiya qurumuna yönəldiblər. Bu sxem sayəsində şirkətin təsisçisi “DeepSeek” üzərində nəzarəti qoruyub saxlayıb.

Lian Venfen investorlara söz verib ki, toplanan vəsait süni intellektin inkişafına sərf olunacaq. Məqsəd insan düşüncəsini potensial olaraq üstələyə biləcək süni intellekt sistemləri yaratmaqdır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05