100 min dollarlıq menyu
Məşhur və bəxtsiz “Titanik” gəmisində olan əşyalar hərraca çıxarıldı.
Gəminin birinci klass sərnişinlər üçün restoranının menyusu Britaniyanın Henry Aldridge amp; Son hərrac evində 96,5 min dollara satılıb.
Bu barədə BBC News xəbər yayıb. Menyunun üstündə tarix 12 aprel 1912-ci il göstərilir. Həmin gün restoranın müştərilərinə donuz əti ilə piroq, qoyun ətindən döyülmüş kotletlər və tapiokalı pudinq təklif edilibmiş.
Bu menyu amerikalı Spenserlər ailəsinin mürəbbiyəsi olan fransız Eliza Lürettin paltosunun cibində qalıbmış. Eliza ledi Spenserlə birlikdə qayığa mindirilib və batan gəmidən uzaqlaşaraq sağ qalıblar. Mister Spenser isə həlak olub.
Lürett və sahibəsinin yolu taparaq qayıqların yanına çıxmasına səbəb olan birinci klass göyərtəsinin planı hərracda 53 min dollara satılıb.
“Titanik”in həlak olmuş ofisiantı Sidni Sidyuneriyə aid, əşyaların qorunması üçün olan daxılın açarı da təxminən 100 min dollara alıcı tapıb.
Sauthemptonu tərk edərkən “Titanik”in az qala iki paroxodla toqquşması barədə mühəndis Cozef Bellin məktubu 39 min dollara satılıb.
Hərraca ümumilikdə “Titanik”in batması ilə əlaqəsi olan 250 əşya çıxarılıb. (milli.az)