!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100 yaşı var, 4 ildir edamını gözləyir - Oğlu ilə türmədə qalan məhkumun acı həyatı

!Reklam – Yazi

Nigeriyada oğlu ilə birlikdə qaldığı kamerada 4 ildir edamını gözləyən Selestine Eqbunuçe üçün əfv kampaniyası başladılıb.

Yenicag.az xəbər verir ki, İmo əyalətində ərazi anlaşmazlığı ucbatından adam tutaraq qətl sifariş verən Eqbunuçenin hazırda 100 yaşı var. Onun barəsində 2014-cü ildə edam hökmü çıxarılıb.

BBC-nin əməkdaşı Eqbunuçeni həbsxanada ziyarət edib. Onun oğlu Paul bildirib ki, atasının gözləri görmür, eyni zamanda da gəzməyə çətinlik çəkir. Şəkər xəstəsi olan ata Eqbunuçe 18 ildir ki Enuqu həbsxanasına qapadılıb.

Paul Eqbunuçe: “Hər səhər qalxıb su isidib atamı çimizdirirəm. Ona səhər yeməyi hazırlayıram. Kameranın qapılarını açanda da, onu havaya çıxarıram”.

Yerli qəzetlərdən birinin Selestinenin 4 avqust tarixində 100 yaşını qeyd etməsi ilə bağlı yaydığı xəbərdən sonra ölkədə etirazlar başlayıb. Bildirilir ki, edam olunacaq məhbusların uzun müddət gözlədilməsi absurddur və edam cəzası ləğv edilməlidir.

Qeyd edək ki, Nigeriyada 2000-dən çox edam cəzasına məruz qalan məhkum var. Bu məhkumlar illərdir edam olunacağı günü gözləyirlər. Maraqlıdır ki, Nigeriyada son edam cəzası 2016-cı idə icra olunub.

Məhkumlara hüquqi dəstək verən LEDAP təşkilatının vəkili Pamela Okoroiqve bildirib ki, Nigeriyada kasıblar üçün ədalət yoxdur: “Əyalət rəsmiləri nə edam qərarını icra edirlər, nə də əfv sərəncamı imzalayırlar. Buna görə də edamını gözləyən xeyli məhkum var. Onların əksəriyyəti kasıblardır. Çoxunun vəkil tutmaq üçün pulu yoxdur. Siz heç edamını gözləyən zəngin insan görmüsüz? Zənginlər ən yaxşı vəkilləri tutaraq sərbəst qalırlar”.

Emin

www.yenicag.az

6669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv