Bu ölkədə subaylara əlavə vergi tətbiq edilə bilər
Şimali Makedoniyada doğum göstəricilərini və nikahların sayını artırmaq məqsədilə subaylara əlavə vergi tətbiq olunması gündəmdədir.
Yenicag.az xəbər verir ki, Baş nazir Kristian Mikkoski subay qadın və kişilərə əlavə vergi qoyulmasının ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.
O, ölkənin üzləşdiyi əhali azalması və miqrasiya problemi ilə bağlı çıxışında demoqrafik durğunluğun təkcə Şimali Makedoniyanın deyil, bütün Avropanın ortaq problemi olduğunu vurğulayıb.
Baş nazir 2024-cü ildə ölkədə 16.061 körpənin doğulduğunu, lakin 20.201 nəfərin dünyasını dəyişdiyini deyib. Bu isə təkcə bir il ərzində əhalidə 4.140 nəfərlik “təbii azalma” deməkdir.
Baş nazir qeyd edib ki, doğum səviyyəsi 2010-cu ildə hər min nəfərə 12,5 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 8,8 faizə enib.