!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 illik tədrisə KEÇİD: "İndiki təhsil sistemi inkişafa mane olur" - Rəy

!Reklam – Yazi

Təhsil naziri Emin Əmrullayev bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədrisin tətbiq edildiyini bildirib.

Orada öyrənmə saatlarının Azərbaycandan 20-30 faiz çox olduğu görünür. Ölkəmizdə də artıq bu istiqamətlərdə işlərə başlamalıyıq ki, aradakı bu fərqi qısa zamanda və yüksək keyfiyyətlə qət etmək mümkün olsun.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, 12 illik tədris metodu şagirdlərin üzərinə düşən dərs yükünün azaldılmasına xidmət edir:

“Nazir tərəfindən səsləndirilən fikir dəfələrlə gündəm mövzusu olsa da, bir müddət sonra unudulması təəssüf doğururdu. Əslində 11 illik təhsil sistemi artıq geridə qalıb və təhsilin orta səviyyəsinin inkişafına maneə törədir. Çünki 11 illik təhsil sistemində proqramlar həddindən artıq yüklənmiş vəziyyətdə olur. Bu isə demək olar ki, şagirdlərin problemlərinin artmasına və psixologiyasının pozulmasına səbəb olur.

12 illik təhsildə şagirdlərin dərs yükü bir az daha yüngülləşəcək. İnkişaf etmiş ölkələrin təhsil sistemindən görünür ki, orta təhsil müəssisələri 12 il müddətinə və üç mərhələdən ibarətdir. Bu zaman 1-6-cı sinif, 7-9 cu sinif və 10-12-ci sinif kimi bir bölgü sistemi var. Məktəbdə bu şagirdlər demək olar ki, bir-birini görmüş olmurlar. Onu da qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə təhsil 13-14 il müddətində müəyyən edilib. Hazırda 180-ə yaxın ölkə 12 illik sistemə keçib və biz də ən qısa zamanda bu yeniliyə ayaq uydurmalıyıq”.

Gülşən Şərif

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv