12 məhbus damarını doğradı
Rusiyadakı cəzakəçmə müəssisələrindən birində 12 məhbus eyni zamanda damarlarını doğrayıb. Hadisə Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində qeydə alınıb. Həbsxana rəhbərliyinin iddialarına görə, kollektiv etiraz aksiyasının təşəbbüskarı azyaşlı qızı zorladığına görə 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilən 20 yaşlı məhbusdur.
O, fevralın 6-da həbsxana işçiləri saxlanma kameralarını yoxlayan zaman onlara müqavimət göstərib və digər məhbusları da onu dəstəkləməyə çağırıb. Onun çağırışına 11 məhbus qarşılıq verib və damarlarını doğrayıb.
Bütün məhbuslara tibbi yardım göstərilib.