Quterreş Yaxın Şərq münaqişəsində vəziyyətin nəzarətdən çıxdığını bəyan etdi

media-hightechnic-468x90

Yaxın Şərq getdikcə böyüyən münaqişəyə daha çox cəlb olunur, bölgədə vəziyyət nəzarətdən çıxır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi  Antonio Quterreş bəyan edib.

“Vəziyyət nəzarətdən çıxır və təsəvvürolunmazın astanasında dayanır. Region böyüyən qarşıdurma dairəsinə cəlb olunur. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir”, – deyə o, BMT Təhlükəsizlik Şurasının sülh yolu ilə nizamlanmaya dair açıq debatlarında Yaxın Şərq münaqişəsindən danışarkən bildirib.

Dünya təşkilatının rəhbəri əlavə edib ki, “geri addım atmağın vaxtı çatıb”, vurğulayıb ki, “bu münaqişənin hərbi həlli yoxdur”.

ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda İranı ittiham edərək ona qarşı genişmiqyaslı zərbələri bərpa edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05