İran tankeri ABŞ-nin dəniz blokadasını yararaq Oman körfəzinə daxil oldu
İranın neft tankeri ABŞ tərəfindən yaradılan dəniz blokadasını yararaq İslam Respublikasının ərazi sularından keçib.
Yenicag.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, tanker artıq Oman körfəzinə daxil olub.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin növbəti gərginləşməsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə İran ərazisinə bir neçə zərbə endirib. Vaşinqton bunu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq izah edib. Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisindəki ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 14-də isə ABŞ İrana qarşı dəniz blokadasını bərpa edib.













