12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən direktor cəzasını aldı

Xaçmaz Rayon Məhkəməsində Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məktəb direktoru G.Alxasovun vəkili vəsatətlər qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib və həmçinin məhkəmə tərkibinə etiraz edib.

Müdafiəçinin fikirincə, cinayət işinin hakim F.Mirzəquliyevin icraatında olması işin qeyri-obyektiv araşdırılmasına, sübutlara düzgün hüquqi qiymət verilməməsinə zəmin yaradacaq.

Belə ki, hakim iş üzrə əvvəllər hüquqlarını müdafıə etdiyi G.Alxasov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxıb.

Bundan başqa, vəkil Xaçmaz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz edib və cinayət işinin materiallarının bu məhkəmədən alınaraq başqa bir məhkəməyə verilməsini istəyib.

Vəsatət təmin edilməyib və məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb.

Qərardan narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə etirazı təmin etməyib. Qərara əsasən, iş eyni tərkibdə baxılaması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.

G.Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə üç aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi yekunlaşdırılaraq Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

COP29