!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

125 yaşlı seçici səs verəcək

!Reklam – Yazi

thumb (1)“Seçkilər” Media Mərkəzi-Dünyanın ən yaşlı insanlarından biri, Ağdaş rayonun Gülbəndə kənd sakini 125 yaşlı Gözəl Dadaşova noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində səs verəcək. Bu barədə “Sputnik.az” agentliyi Gülbəndə kənd bələdiyyəsinin sədri Almaz Salahovaya istinadən məlumat verib. Bələdiyyə sədrinin sözlərinə görə, səsvermədə iştirak etmək təşəbbüsü elə Gözəl Dadaşovanın özündən gəlib. Yaşlı sakinin rahatlığını təmin etmək məqsədilə səsvermə evdə baş tutacaq.

“Mən əvvəllər səs vermişəm. Onda insanların zorla səsverməyə getməsini tələb edirdilər. Bu gün mən öz ölkəmlə fəxr edirəm və onun gələcəyinə inanıram. Mənim 42 nəvəm, nəticəm və kötücələrim var. Onlar da səsvermədə iştirak edəcəklər”,- 125 yaşlı Ağdaş sakini belə deyib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu gün Azərbaycanda 100 və 100 yaşdan yuxarı 564 seçici var(Seçki-2015).

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv