128 sərnişinin həyatı ilə oynayan pilot qovuldu

media-hightechnic-468x90

79013Meksikalı pilot təyyarə havada olarkən sürmək üçün tanışı olan aktrisanı sükan arxasına keçirib.

Meksikalı təyyarəçi tanışı olan müğənni və serial aktrisası Esmeralda Uqaldya təyyarəni sürməyi icazə verib. Bu zaman isə təyyarədə 128 sərnişin olub.

İnsident Kankun-Mexiko uçuş reysi zamanı baş verib. Pilot Uqaldanın israrlarına uyaraq belə bir riskli addım atıb. Kabinada onun papaqda bir neçə şəklini çəkən 19 yaşlı rəfiqəsi də olub.

23 yaşlı aktrisa öz “Twitter” mikrobloqunda fotonu paylaşandan sonra böyük qalmaqal yaranıb. “Magnicharters ” avia şirkətinin rəhbərliyi hadisədən xəbər tutduqda isə pilot işdən qovulub.

Aktrisanın rəfiqəsi pilotu qurtarmaq üçün fotoların təyyarə hələ yerdə olarkən çəkildiyini desə də, pilot hadisənin havada baş verdiyini etiraf edib.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600