Reklam: High Technic
hightechnic

13 yaşlı İTV

Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 13 ili tamam olur.

Yenicag.az xəbər verir ki, 2004-cü il noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin və xalqımızın arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalayıb.

Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verildi. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti “İctimai Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə əsaslanaraq yaradılıb, özü də klassik formada – dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da, onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

Telekanal qısa müddətdə özünə layiqli yer tutdu. Azərbaycana bir çox yeniliklər gətirdi, “Avroviziya” və digər transmilli layihələrdə iştirak etdi. Bütün bunlar həqiqətən də İTV-nin vətənpərvər bir telekanal olduğunu sübut etdi. Öz maraqlı layihələri, əhatəliliyi, səviyyəsi ilə seçililən İctimai TV xalqa yaxın, əhalinin aktual problemlərinə həssas bir televiziyadır. Kanalin xəbər proqramları, analitik verilişləri, müxtəlif ictimai əhəmiyyətli müzakirələri izləyicilər tərəfindən maraqla qarşılanır.

Yenicag.az kollektivi İctimai Televiziyanın yaranmasının 13-cü ildönümü münasibətilə həmkarlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

www.yenicag.az

963