15 ən bədbəxt ölkənin adı açıqlandı
ABŞ-ın “Bloomberg” agentliyi dünyanın “ən bədbəxt iqtisadiyyata“ malik 15 dövlətinin adını açıqlayıb.
Agentlik həmin ölkələrin 2015-ci il ərzində çox ağır durumda olacağını ehtimal edir. Reytinq üçün əsas kriteriyalar ölkələrin artan xarici borc və işsizlik faizi olub.
Bədbəxt iqtisadiyyata malik ölkələrin başında Venesuela gəlir. Ondan sonra reytinqdə Argentina, 3-cü yerdə isə Cənubi Afrika Respublikası qərar tutub. Növbəti yerlərdə Ukrayna (4), Yunanıstan (5), İspaniya (6), Rusiya (7), Xorvatiya (8) qərarlaşıb.
“Bloomberg” agentliyi Türkiyə iqtisadiyyatını 9-cu pilləyə yerləşdirib.
Siyahıda növbəti yeri Portuqaliya (10), İtaliya (11), Kolumbiya (12), Braziliya (13) və Slovakiya (14) tutur.
“Bloomberg”in tərtib etdiyi reytinq cədvəlini İndoneziya (15) qapadır.