Yenicag.az xəbər verir ki, Türkiyənin “Habertürk” kanalında yayımlanan verilişdə maraqlı anlar yaşanıb. Beləki, aparıcı Ece Ünerin apardığı “Eninə Boyuna” verilişində 15 İyul Şəhidlərini təhqr edən Prof. Dr. Nurşen Mazic canlı yayımdan qovulub.
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhdin qarşısını alan şəhidlərə dil uzadan Mazıcının ifadələri xeyli səs-küyə səbəb olub.
“248 adam öldürüldü, mən şəhid demirəm” ifadələri ilə imza atan, yalan olduğu ortaya çıxan baş kəsmə təxribatını da xatırladan Mazic çevrilişə cəhdi də AK Partiyası ilə əlaqələndirib.
Aparıcının xəbərdarlığına baxmayaraq, işlətdiyi ifadələrə görə üzr istəməyən professor reklam arasında efirdən qovulub.
www.yenicag.az