Xameneinin dəfnində görünməmiş izdiham: 4 milyon insan küçələrə axışdı - FOTO
İranın Ali Rəhbəri Əli Xameneinin cənazəsi Nəcəfdə təşkil olunan vida mərasimindən sonra gecə saatlarında İraqın Kərbəla şəhərinə gətirilib.
Yenicag.az xəbər verir ki, insan axınının intensivliyi nəzərə alınaraq, Kərbəla Valiliyi cümə axşamı gününü vilayət miqyasında rəsmi tətil elan edib.
Bundan əvvəl cənazə namazı Nəcəfdə Həzrəti Əli türbəsinin həyətində Seyid Məhəmməd Təqi əl-Həkimin imamlığı ilə qılınan Xameneinin nəşi, axşam saatlarında İraq ordusuna məxsus helikopterlə Kərbəlaya nəql olunub.
Kərbəlada Şəhid Əbu Mehdi əl-Mühəndis küçəsində qarşılanan cənazə karvanı Həzrəti Hüseyn və qardaşı Həzrəti Abbasın türbələrinə doğru irəliləyib. Bu zaman mərasimə qatılan yüz minlərlə insan əllərində İraq və İran bayraqları daşıyıb. Kütlənin zaman-zaman tabuta yaxınlaşmağa çalışması nəticəsində ərazidə güclü izdiham yaranıb. Məhz bu səbəbdən Xameneinin nəşi yalnız gecə yarısından sonra Həzrəti Abbas türbəsinə çatdırıla bilib.
“Həşdi-Şabi” qruplaşması Kərbəladakı dəfn mərasiminə qatılanların ümumi sayının 4 milyon nəfəri ötdüyünü açıqlayıb.

Ayşən













