15 yaşlı oğlan həmyaşıdını bıçaqlayıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 7-də saat 19 radələrində, Hüseyn Cavid prospektində yerləşən parkda Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Eltac Allahverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Gündüz İmanov tutulub.