!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

19 min dollara torpaq aldı, öz ölkəsini qurdu - FOTOLAR

!Reklam – Yazi

Amerikalı aparıcı Rand Uilyams öz ölkəsini yaradıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş 193 ölkəyə səfər edən Rand, dünyada səyahət etmək üçün yeni bir ölkə olmadığı üçün dövlət qurmağa qərar verib.

Slovjamastan adlı ölkəni quran və idarə edən amerikalı, 2021-ci ilin oktyabrında ölkəni qurmaq üçün hərəkətə keçib və ilin sonuna qədər onu “Slovjamastan Xalq Respublikasının Suveren Millətinin Birləşmiş Ərazisi” elan edib.

Belə ki, Uilyams ABŞ-ın Kaliforniya ştatında 44 kvadrat kilometr ərazini 19 min dollara alıb. Slovjamastan vətəndaşlarının sayı 4 min 500-ə çatıb və gündən-günə artır.

Ölkənin paytaxtı Dublandiyadır. Hələ geniş istifadə edilməsə də, Slovjamastan Respublikası vətəndaşları “double” adlandırdıqları puldan istifadə edirlər və onların pasportu da var. Bundan əlavə, pasportda ABŞ, Cənubi Afrika və Yeni Zelandiya kimi ölkələrin də daxil olduğu 16 müxtəlif ölkənin möhürü var.

Slovjamastan sultanı Rendi Uilyams BMT-yə üzv dövlətlərlə diplomatik əlaqələr qurmaq üçün çox səy göstərdiyini bildirib.

Slowvamastanın milli heyvanı yenot, milli meyvəsi isə maraska adlı alçadır. Ölkədə ancaq sərhəd zastavası var. Lakin Rand Uilyams ölkəsinə yeni strukturlar gətirməkdə qərarlıdır. Slovjamastan sultanı tezliklə ölkəsində su yolu və armadillo ferması tikməyi planlaşdırır. Bunlarla yanaşı, o, öz heykəlini də ucaltmağı planlaşdırır.

COP29

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv