İsrail parlamentinin qərarı Azərbaycan-İsrail münasibətlərinə necə təsir edəcək? – ŞƏRH

media-hightechnic-468x90

 

media-banner_tkm

“Bakı ilə Təl-Əviv arasında münasibətlər uzun illərdir enerji təhlükəsizliyi, müdafiə sənayesi, kəşfiyyat və yüksək texnologiyalar kimi qarşılıqlı strateji maraqlara söykənir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-img_8998

Politoloq İsrail parlamentinin atdığı addımın Azərbaycan-İsrail münasibətlərinə zərər gətirməyəcəyini bildirib:

“İsrailin qondarma “erməni soyqırımı”nı tanıması Azərbaycan–İsrail münasibətlərində müəyyən siyasi narahatlıq yaratsa da, bunun ikitərəfli əlaqələrin əsas mahiyyətini dəyişdirəcəyini gözləmək doğru olmaz. Çünki Bakı ilə Təl-Əviv arasında münasibətlər uzun illərdir enerji təhlükəsizliyi, müdafiə sənayesi, kəşfiyyat və yüksək texnologiyalar kimi qarşılıqlı strateji maraqlara söykənir. Digər tərəfdən, qəbul edilən qərar Azərbaycana qarşı yönəlməyib və ölkəmiz bu məsələ üzrə hüquqi və ya siyasi baxımdan ittiham olunan tərəf deyil. Bu səbəbdən Bakı daha çox prinsipial mövqeyini diplomatik kanallarla ifadə etməyə çalışacaq, lakin münasibətlərin bütövlükdə pozulmasına hesablanmış addımların atılması ehtimalı yüksək görünmür.”

Z. Qarayeva hesab edir ki, problem diplomatik yollarla həll oluna bilər:

“Diplomatik müstəvidə Azərbaycanın etiraz bəyanatı verməsi, İsrail səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək izahat istəməsi və ya siyasi narazılığını rəsmi kanallarla çatdırması mümkündür. Lakin İsrail səfirinin məsləhətləşmələr üçün geri çağırılması və ya diplomatik münasibətlərin ciddi şəkildə məhdudlaşdırılması daha ağır böhran hallarında tətbiq edilən vasitələrdir. Mövcud geosiyasi şərait, xüsusilə regional təhlükəsizlik, İran amili və strateji əməkdaşlığın qarşılıqlı əhəmiyyəti nəzərə alındıqda, tərəflərin emosional reaksiyalardan daha çox praqmatik siyasətə üstünlük verəcəyi və yaranmış fikir ayrılığının ümumi strateji tərəfdaşlığı sarsıtmasına imkan verməyəcəyi daha real görünür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05