Paşinyan: "Putinlə yaxın vaxtlarda görüşəcəyik"
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcəyinə ümid etdiyini bildirib.
Yenicag.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda konkret görüş tarixi müəyyənləşdirilməsə də, yaxın zamanda liderlər arasında təmasların baş tutacağına əmindir.
Bundan əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Rusiya və Ermənistan liderlərinin telefon danışığı zamanı dialoqu şəxsi görüşdə davam etdirmək barədə razılığa gəldiklərini açıqlamışdı.













