2 milyonluq DƏLƏDUZLUQ - istintaq yekunlaşdı

media-hightechnic-468x90

1 milyon 800 min manata yaxın dələduzluqda ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Yenicag.az-ın məlumatına görə, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatındadır.

Məhkəmənin hazırlıq iclası fevralın 25-ə təyin edilib.

Cinayət işi üzrə beş nəfər zərərçəkmiş var. Onlardan biri “Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevdir. C.Əliyev biznes qurmaq adıyla ondan 1 milyon manata yaxın pul almaqda təqsirləndirilir.

C.Əliyevin toruna düşən digər dörd nəfər isə Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkram Əliyevdir. Zərərçəkmişlərə vurulan ümumi ziyan 1 milyon 800 min manata yaxındır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600