2 ölkə prezidenti İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

ilham eliyev df7182 ölkə prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Yenicag.az  xəbər verir ki, təbrik məktublarında deyilir:

“Hörmətli İlham Heydər oğlu,
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzu edirəm.
Hörmətlə, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov”.

***

“Zati-aliləri,
Milli bayramınız – Respublika Günü münasibətilə, cənab Prezident, Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, dərin ehtiramımı qəbul edin.
Hörmətlə, Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600