Niderland İsveçi darmadağın etdi

media-hightechnic-468x90

2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.

İkinci hissəyə də qolla başlayan “narıncı”lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderland daha bir qol vurub. Sammervil hesabı 5:1 edib.

Görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.

Dünya çempionatı
F qrupu, II tur
20 iyun
21:00. Niderland – İsveç 5:1

Qol: B. Brobbi, 6, 17, K, Qakpo, 48, 54, Elanqa, 59, Sammervil, 89

Niderland: Verbruggen, Dumfris, Van Hekke, Van Deyk, Van de Ven, Qravenberx, De Yonq, Reynders, Malen, Brobbi, Qakpo

İsveç: Nordfeldt, Lindelöf, Hien, Lagerbyelke, Qudmundsson, Ayari, Niqren, Bernhardsson, Karlström, İsak, Gyökeres

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05