!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2 övladı eyni gündə şəhid olan anadan Prezidentə MÜRACİƏT: "İstəyim odur ki..."

!Reklam – Yazi

Mənim iki övladım, iki oğlum var idi. Hər ikisini də Vətənə qurban verdim, hər ikisi də Vətən yolunda Şəhid oldu.

Yenicag.az xəbər verir ki, bunu Mingəçevirdən olan Şəhid qardaşlar – Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova deyib.

S. Əhmədova bildirib ki, sadəcə, həyatda övladlarının xatirəsinin yaşaması və yaşadılması üçün yaşamağa, ayaqları üstündə durmağa çalışır.

“Övladlarım mənim canım, hər şeyim idi. Canımı, övladlarımı, hər şeyimi Vətənə qurban etdim. Mənim dövlətimdən də, kimsədən də heç bir istəyim, xahişim yoxdur. Sadəcə, dövlətimdən onu istəyirəm ki, övladlarımın ev-muzeyi dövlət muzeyi kimi qeydiyyata alınsın. Övladlarımın ata yurdları yoxuydu. Şəhid olmazdan əvvəl hər iki qardaş dişi-dırnağı, əllərinin zəhməti ilə pul qazanıb həyət evi tikdirmişdilər. Üç il idi ki, o yerdə yaşayırdıq. Amma balalarım hərbçi olduğu üçün minbir əzab-əziyyətlə tikdirdikləri evdə düz-əməlli qala, yaşaya bilmədilər. Hər ikisi də eyni gündə, İkinci Vətən Müharibəsinin ilk günündə Şəhid oldular. Onlar Şəhid olandan sonra həmin evi övladlarımın xatirəsinin yaşadılması üçün ev-muzeyi etdim. Dövlətimdən indi yeganə xahişim, istəyim odur ki, həm ev-muzeyi dövlət muzeyi kimi qeydiyyata alınsın, mən öləndən, balalarıma qovuşandan sonra onların yurdu dağılmasın. Dövlətimi səsimi duymağa, eşitməyə çağırıram” – deyə, S. Əhmədova sözlərinə əlavə edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Şəhid qardaşların ev-muzeyinin ictimai əsaslarla fəaliyyət göstərməsinə razılıq versə də, onun dövlət qeydiyyatına alınması məsələsində tərəddüd edir və məsələnin həllini aylardır uzadır./Etikxeber/

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv